Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib.
Busaat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, onlardan 31 852-i ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-i riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub.
E.Əmrullayev qeyd edib ki, sertifikasiya imtahanlarında 20 % (6 238) müəllim yüksək nəticə göstərib.