AZ

Bu ölkə zorakılığa görə cəzanı artırdı: 12 ildən 15 ilə qədər...

Polşa parlamenti razılıq olmadan baş verən hər bir cinsi zorakılığı cinayət təsnif edən qanun kimi qəbul edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu cinayəti törədənləri 12 ildən 15 ilə qədər həbs cəzası gözləyəcək.
 
Əvvəlki qanun layihəsində razılıqdan bəhs edilmirdi və cinsi zoraklığın cinayət sayılması üçün təhdid və aldatmaq olmalı idi.

Dəyişikliyi Polşa parlamentinin aşağı palatasında 335 deputat dəstəkləyib, 44 deputat isə əleyhinə səs verib.

Dəyişikliyin qüvvəyə minməsi üçün senat və Polşanın prezidenti qanunu imzalamalıdır.

Dəyişikliklərə ifrat sağçı partiyaların bəzi üzvləri etiraz ediblər.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
azxeber.com

2Mənbələr