AZ

İranın XİN başçısı səs verib

Bakı.TurkicWorld :

İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqeri Kəni bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib.

TurkicWorld -in məlumatına görə, Baqeri Kəni Tehranda Xarici İşlər Nazirliyinin binasında yaradılan səsvermə məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
turkic.world

5Mənbələr