AZ

Cənubi Koreya sanksiyaları genişləndirdi

Cənubi Koreya Rusiyaya, Şimali Koreya və üçüncü ölkələrdən olan şirkətlərə qarşı sanksiyaları genişləndirib.

Busaat.az xəbər verir ki, bu barədə “Xarici İşlər Nazirliyi” məlumat yayıb.

Məlumata görə, iyulun 1-dən Rusiya Federasiyası, Şimali Koreya və üçüncü ölkələrdən olan beş şirkət və dörd gəmiyə qarşı Şimali Koreyaya silah və neft məhsulları tədarükündə iştirak etdiklərinə görə sanksiyalar tətbiq edilir.

Həmçinin, KXDR-dən nüvə və raket proqramlarında iştirak edən 8 nəfər də məhdudiyyətlərə məruz qalıb.

Bəyanatda qeyd edilir ki, tədbirlər Moskva və Pxenyan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasından sonra yaranmış təhlükəsizlik təhdidinə cavab olaraq həyata keçirilir

Rusiyanın “TransMorFlot LLC” və “M LEASING” MMC nəqliyyat şirkətlərinə, həmçinin Rusiya bayrağı altında üzən üç gəmiyə sahib olan Kipr “IBEX Shipping Inc”ə sanksiya tətbiq edilib.

Qeyd edək ki, hər üç təşkilat əvvəllər ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Cənubi Koreya Xarici İşlər Nazirliyi bəyan edib ki, bu şirkətlərin gəmiləri “Rusiya və Şimali Koreya arasında hərbi texnika ilə çoxlu sayda konteyner daşıyıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
busaat.az

2Mənbələr