AZ

Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazır olduğunu bildirib

Gürcüstan ABŞ-la münasibətləri bərpa etməkdə qərarlıdır və qarşılıqlı addımlara arxalanır.

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze parlamentdə bəyan edib. Baş nazir deyib: “Gürcüstan hökuməti 2020-ci ildən sonrakı hadisələr qarşısında zəruri hesab etdiyimiz ABŞ ilə münasibətlərin bərpasına töhfə verməkdə qərarlıdır”.

Kobaxidze qeyd edib ki, Tbilisi Gürcüstanın münasibətləri normallaşdırmaq cəhdində ABŞ-ın qarşılıqlı addımlar atacağına ümid edir. O əlavə edib ki, ABŞ-la münasibətlərin dərinləşməsi Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, iyunun 11-də Kobaxidze bildirib ki, ABŞ-ın Gürcüstan rəhbərliyinə qarşı sanksiyaları aqressivdir və ölkələr arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
editor.az

3Mənbələr