AZ

Dövlət xəstəxanasında işçilərə verilən salatda canlı həşərat TAPILDI - FOTO+VİDEO

Dövlət xəstəxanasında işçilərə verilən salatda canlı həşərat TAPILDI - FOTO+VİDEO

Türkiyədə dövlət xəstəxanlarının birində işçilərə verilən salatdan canlı həşərat tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Balıkəsir ilində baş verib. Qalmaqallı hadisə xəstəxanada çalışan həkimlər tərəfindən lentə alınaraq protokola salınıb. Hesabatın altında 7 həkim və tibb işçisinin imzası yer alıb.

İdarə Heyətin sədri Ahmet Doğruyolun verdiyi açıqlamada bu ifadələr yer alıb:

"Dövlət xəstəxanalarında qida xidmətləri özəlləşdirildikdən sonra həm səhiyyə işçilərimizin, həm də pasiyentlərimizin sağlam qidalanması qeyri-mümkün hala çevrilib. Dəfələrlə bu məsələni gündəmə gətirsək də, Səhiyyə Nazirliyimiz lazımi tədbirləri görmədi. Qidalar ilə bağlı problem günü-gündən artmaqda davam edir. Dövlət xəstəxanamızda qidalarda ölü həşərat görməyə alışmışdıq. Lakin salatlarda biz bunu görmürdük. Lakin bu dəfə salatın içindən canlı həşərat çıxması həqiqətən də üzücüdür".

Ətraflı görüntüləri təqdim edirik:

Dövlət

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
sonxeber.az

1Mənbələr