Almaniya yığmasının mərkəz yarımmüdafiəçisi Toni Kroos AÇ-2024-ün qrup mərhələsində ən çox dəqiq ötürmə vermiş futbolçudur.
Arena.az məlumat verir ki, 34 yaşlı alman veteran yarımmüdafiəçinin hesabında 326 dəqiq ötürmə var.
Müvafiq göstərici üzrə siyahının 2-ci və 3-cü pillələrində İtaliya yığmasının yarımmüdafiəçiləri, müvafiq olaraq – mərkəz yarımmüdafiəçisi Nikolo Barella (221 dəqiq ötürmə) və Jorjinyo (219 ötürmə) yer alıblar.
AÇ-2024-ün qrup mərhələsində dəqiq ötürmər üzrə oyunçuların onluğu:
- Toni Kroos (Almaniya) — 326 dəqiq ötürmə;
- Nikolo Barella (İtaliya) — 221 dəqiq ötürmə;
- Jorjinyo (İtaliya) — 219 dəqiq ötürmə;
- Pyer-Emil Höybyerq (Danimarka) — 214 dəqiq ötürmə;
- Morten Yulmann (Danimarka) — 199 dəqiq ötürmə;
- Deklan Rays (İngiltərə) — 192 dəqiq ötürmə;
- Luka Modriç (Xorvatiya) — 191 dəqiq ötürmə;
- Hakan Çalhanoğlu — 182 dəqiq ötürmə;
- Stanislav Lobotka (Slovakiya) — 172 dəqiq ötürmə;
10 Marselo Brozoviç (Xorvatiya) — 171 dəqiq ötürmə.
Xatırladaq ki, iyunun 14-də başlamış qitə birinciliyi iyulun 14-də başa çatacaq.