AZ

Toni Kroos dəqiq ötürmələr üzrə AÇ-2024-ün lideridir

Almaniya yığmasının mərkəz yarımmüdafiəçisi Toni Kroos AÇ-2024-ün qrup mərhələsində ən çox dəqiq ötürmə vermiş futbolçudur.

Arena.az məlumat verir ki, 34 yaşlı alman veteran yarımmüdafiəçinin hesabında 326 dəqiq ötürmə var.

Müvafiq göstərici üzrə siyahının 2-ci və 3-cü pillələrində İtaliya yığmasının yarımmüdafiəçiləri, müvafiq olaraq – mərkəz yarımmüdafiəçisi Nikolo Barella (221 dəqiq ötürmə) və Jorjinyo (219 ötürmə) yer alıblar.

AÇ-2024-ün qrup mərhələsində dəqiq ötürmər üzrə oyunçuların onluğu:

  1. Toni Kroos (Almaniya) — 326 dəqiq ötürmə;
  2. Nikolo Barella (İtaliya) — 221 dəqiq ötürmə;
  3. Jorjinyo (İtaliya) — 219 dəqiq ötürmə;
  4. Pyer-Emil Höybyerq (Danimarka) — 214 dəqiq ötürmə;
  5. Morten Yulmann (Danimarka) — 199 dəqiq ötürmə;
  6. Deklan Rays (İngiltərə) — 192 dəqiq ötürmə;
  7. Luka Modriç (Xorvatiya) — 191 dəqiq ötürmə;
  8. Hakan Çalhanoğlu — 182 dəqiq ötürmə;
  9. Stanislav Lobotka (Slovakiya) — 172 dəqiq ötürmə;
    10 Marselo Brozoviç (Xorvatiya) — 171 dəqiq ötürmə.

Xatırladaq ki, iyunun 14-də başlamış qitə birinciliyi iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
arena.az

1Mənbələr