AZ

Koronavirusa tutulan velosipedçi “Tur de Frans”a hazırdır

“BƏƏ Team Emirates” komandasının lideri, sloveniyalı velosipedçi Tadej Poqaçar “Tour de France 2024”ə hazırlıq zamanı COVID-19-dan əziyyət çəksə də, tez bir zamanda sağalaraq yarışa tam hazırdır. Bu barədə veloyürüşün qalibi Poqoçarın özü məlumat verib.

“Hər şey əladır, bir az xəstə idim, COVID-19 var idi. Amma çox tez özümə gəldim və hazırlıq çox yaxşı keçdi, ona görə də hazıram. Mən birinci və ikinci mərhələləri səbirsizliklə gözləyirəm, sonra ümid edirəm ki, qalan hər şey plana uyğun və problemsiz keçəcək”, – deyə “Eurosport” kanalına müsahibəsində sloveniyalı qeyd edib.

Veloyürüşün startı sabah Florensiyada, finalı isə iyulun 21-də Nitsada olacaq. Bu müddət ərzində velosipedçilər 21 mərhələdən qüvvələrini sınayacaqlar.

Seçilən
58
futbolinfo.az

1Mənbələr