AZ

AL-in qalibi Premyer Liqa klubunun oyunçusu iləanlaşdı

UEFA Avropa Liqasının son qalibi olan İtaliyanın "Atalanta" klubu yeni transfer reallaşdırmağa yaxındır.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 

Xəbərə görə, İngiltərənin "Everton" klubunun müdafiəçisi Ben Qodfri A Seriyası təmsilçisinin heyətinə qatılacaq.

Artıq klublar arasında şifahi razılıq əldə olunub və 26 yaşlı Qodfri tibbi müayinədən keçmək üçün bu gün Berqamoya gedəcək. Müdafiəçinin transferi üçün "Everton" sabit ödəniş və bonuslar kimi, 10 milyon avro alacaq.

Ben Qodfri 2023/24 mövsümündə "Everton"un heyətində 17 oyun keçirib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
fanat.az

1Mənbələr