AZ

Polşa ordusundan əhaliyə maraqlı təklif: “Tətili bizimlə keçirin”

Polşa Silahlı Qüvvələri ölkə vətəndaşlarına silahlı münaqişə zamanı hərbi təlim çərçivəsində “Ordu ilə tətillər” yay proqramını təklif edir.

Herbiand.az bu barədə Associated Press-ə istinadən xəbər verir.

Məlumata görə, “Ordu ilə tətillər” 18-35 yaş arası bir neçə min vətəndaş üçün ilkin hərbi hazırlığı əhatə edir. İştirakçılara 28 gün ərzində hərbi bazanı tərk etməmək təklif olunur. Qarşılığında isə hər bir şəxsə 6000 zlot (təxminən 1500 dollar) pul veriləcək.

Bildirilib ki, proqramın sonunda könüllülər hərbi and içəcək. Onlar arzu edərlərsə, Silahlı Qüvvələrin bölmələrində və ya ərazi müdafiə qoşunlarında xidmətini davam etdirə biləcəklər.

Polşada hərbi ixtisas 2009-cu ildə hərbi çağırış ilə əvəzlənib. Sonra peşəkar orduya keçidlə əlaqədar məcburi hərbi xidmət dayandırılıb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
herbiand.az

1Mənbələr