AZ

Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə bağlı fikir ayrılıqları davam edir

Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə bağlı fikir ayrılıqları davam edir.

Aİ üzvlüyünə namizəd 8 ölkə arasında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə bağlı ziddiyyətlər var. Belə ki, quruma üzv olmağa namizəd 8 ölkədən 3-ü bunun əleyhinədir. Bunlar Serbiya, Moldova və Gürcüstandır.

Bu barədə mətbuata açıqlamasında Aİ-nin diplomatiya rəhbəri Josep Borrell bəyan edib. Onun sözlərinə görə, namizəd ölkələrdən yalnız Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina Ukraynaya dəstək məqsədilə Rusiya aktivlərindən əldə edilən gəlirlərin immobilizasiyası ilə bağlı Aİ Şurasının 2024/14701 saylı qərarına qoşulublar.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
oxumeni.az

1Mənbələr