AZ

Daha bir ölkə İsrailə xəbərdarlıq etdi: Livanı tərk edin

İsrail və Hizbullah arasında gərginlik artdıqca, Avstraliya öz vətəndaşlarına Livana səyahət xəbərdarlığı edib.

Turkustan.az xəbər verir ki, Avstraliya İsrail-Livan sərhədində artan gərginliyə görə vətəndaşlarına "Livana səyahət etməmək və uçuşlar olduğu müddətdə ölkəni tərk etmək" barədə xəbərdarlıq edib.

Avstraliyanın xarici işlər naziri Penny Wong, X sosial media hesabında verdiyi açıqlamada, Livanda vəziyyətin "son dərəcə qeyri-sabit" olduğunu söylədi. Vonq, vətəndaşlarına Livana səyahət etməmələri barədə xəbərdarlıq edərək, "Livandakı avstraliyalılar kommersiya uçuşları mövcud olduğu müddətdə ölkəni tərk etməlidirlər" dedi.

Bölgədəki vəziyyəti yaxından izlədiklərini ifadə edən Vonq, Livanın paytaxtı Beyrutdakı hava limanının "qısa müddətdə bağlana bilməsi" ehtimalının olduğunu ifadə edib.

Hindistanın Beyrutdakı səfirliyindən edilən yazılı açıqlamada Livandakı Hindistan vətəndaşlarına “son dərəcə diqqətli olmaları və səfirliklə əlaqə saxlamaları” mövzusunda xəbərdarlıq edilib.

ABŞ, Rusiya, Makedoniya, Kanada, Küveyt, İrlandiya, Almaniya və Hollandiya öz vətəndaşlarına Livanı tərk etmək də daxil olmaqla səyahət xəbərdarlığı edib.

İsrail ordusu və Hizbullah 8 oktyabr 2023-cü ildən bəri Livanın cənubunda və İsrailin şimalında qarşılıqlı hücumlarını davam etdirir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
turkustan.az

3Mənbələr