AZ

Pezeşkianın rəqibinin azərbaycanlı olduğu təbliğ edilir

Növbədənkənar prezident seçkilərinin başlaması və rəy sorğularının nəticələrinə görə, azərbaycanlı namizəd Məsud Pezeşkianın öndə olması ilə eyni vaxtda onun rəqibi Səid Cəlilinin azərbaycanlı olduğu barədə təbliat aparılır.

Axar.az xəbər verir ki, bu barədə İran sosial media kanallarında paylaşımlar edilir.

Qeyd edək ki, Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 6 noyabr 1965-ci ildə Məşhəd şəhərində anadan olub. Onun əslən ərdəbildən olan anasının bir neçə gün əvvəl Azərbaycan dilində danışığı yayılıb.

Bu gün Səid Cəlilinin ana tərəfdən azərbaycanlı olmasının qabardılması və yayılan videonun məqsədi onun Pezeşkianla rəqabətdə azərbaycanlılar arasında şansının artması üçündür.

Xatırladaq ki, bu gün İranda prezident seçkiləri keçirilir. Seçkilərin favorite azərbaycanlı Məsud Pezeşkian olsa da, onun seçilməsinə hökumətin imkan yaradacağı ehtimalı azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
axar.az

2Mənbələr