AZ

Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır ŞƏRH

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa rayon Polis şöbəsinin əməkdaşları və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemə ictimai nəzarətin zəruriliyindən bəhs edib.

Daha sonra çıxış edən natiqlər “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli və Ağstafa rayon Rəsm Qalereyasınınəməkdaşı Samirə Yolçuyeva bildiriblər ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Onun sözlərinə görə, narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından maksimum istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sesqazeti.az

1Mənbələr