AZ

Qalib Azərbaycan yeni seçki ərəfəsində -TƏHLİL TƏHLİL

44 günlük Vətən Müharibəsində Azərbaycanın 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etməsi ölkəmizin gücünə yeni güc qatdı. Aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar anladılar ki, dünya siyasət meydanına söz sahibi olan daha bir qüdrətli dövlət daxil olur - bu, Azərbaycandır. Azərbaycan parlaq hərbi, siyasi, diplomatik qələbəsi ilə həm də regionda yeni reallıqlar yaratmış oldu. Bu reallıqlar regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə yanaşı, bölgənin inkişafına da yeni töhfələr vermiş oldu. Təbii ki, dövlətin əldə etdiyi qələbələr cəmiyyətin daha geniş formada inkişaf etdirilməsinə imkanlar yaradır. Söz yox ki, hüquqi dövlət quruculuğunda ən başlıca siyasət azad və demokratik seçki mühitinin yaradılmasıdır. Buna Azərbaycan hakimiyyəti geniş formada yer ayırır və keçirilən bütün seçkilərin xalqın iradəsi əsasında baş tutması üçün hər cür dəstəyini göstərir. Bu siyasət 1993-cü ildən bəri dəyişməyib. Həmən tarixdən bu günə qədər ölkəmizdə azad və demokratik seçkilər keçirilir. Seçkilərin qalibi isə hər zaman xalqımızın inandığı və etibar etdiyi yeganə partiya olan Yeni Azərbaycan Partiyası olub. Bu da ondan irəli gəlir ki, bu partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin olması və Dahi Öndərimizin siyasətinin YAP Sədri, Fateh Sərkərdə, Prezident İlham Əliyevin aparmasıdır. Məhz hazırkı dönəmdə Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çox şaxəli fəaliyyət göstərir. Fakt ondan ibarətdir ki, bu gün YAP Cənubi Qafqazın ən güclü və lider partiyasıdır. Ulu Öndərimiz Heydər Əliyev ən layiqli siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Hazırda Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox insan birləşir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu, hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının öz gücünü xalqın dəstəyindən aldığını göstərir. Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da güclənəcək, daha böyük uğurlara imza atacaq. Çünki ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının qarşısında yeni hədəflər də var. Bu hədəflər sırasına Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf nail olmaqdır.

Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizə beynəlxalq aləmdə inam və etimadı daha da artırıb. Bunun nəticəsi olaraq hər il ölkəmizə qoyulan investisiyanın həcmi artmaqdadır. Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi də şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri ölkələr və şirkətlər arasında birliyi və həmrəyliyi yaratmaqdır. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. Qeyd edək ki, COP29 beynəlxalq konfrans kimi məsuliyyətli bir tədbirdir və bu tədbirin keçirilməsinə az vaxt qalsa da, hazırlıq işləri yüksək səviyyədə təşkil olunur. 2023-cü ilin dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirdə qeyd etdiyi kimi ölkəmiz növbəti böyük uğura imza atıb. Nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərar Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilməsinin təsdiqidir: "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 21-də “Euronews”a verdiyi müsahibəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bərpaolunan enerjidən istifadə kimi məsələyə də münasibət bildirib. Prezidentimiz müsahibəsində bildirib ki, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

YAP gücünü xalqdan alır

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideya və prinsiplər var və YAP üzvləri də bu yolla addımlayır. Bu digər amilləri nəzərə alaraq qeyd etmək olar ki, keçirilməsi planlaşdırılan növbəti parlament seçkilərinin qalibi də YAP olacaq. Çünki əldə olunan qələbələr, qazanılan nailiyyətlər bunu deməyə əsas verir. Qələbəni şərtləndirəcək amillərdən biri də YAP Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, dövlətimizə yeni uğurlar qazandırmış, onun mövqeyini daha da möhkəmləndirmişdir. 7 oktyabr 2023-cü il prezident seçkiləri və bu seçkilərin nəticələri bir daha təsdiq etdi ki, xalqımız Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür. Ədalətli, şəffaf demokratik prinsiplərin əsasında qanunauyğun, seçicilərin fəallığı və mütəşəkkiliyi ilə keçirilən seçkilərdə Cənab İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyini ifadə etdi. Çoxsaylı yerli və beynəlxalq müşahidəçilər, ictimaiyyət tərəfindən diqqətlə izlənilən seçkilərdə Cənab İlham Əliyevin parlaq qələbəsi iqtidar-xalq birliyinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, bütövlükdə Azərbaycan xalqının zəfəridir. 44 günlük Vətən müharibəsində qazanılmış bütün bu uğurlarda Yeni Azərbaycan Partiyasının da böyük payı var. Çünki yarandığı gündən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri, bütövlükdə, Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. Bu baxımdan növbəti parlament seçkilərinin qalibi yenə də YAP olacağı şübhəsizdir. Artıq seçkilərə hazırlıq çərçivəsində hakim Yeni Azərbaycan Partiyası Mili Məclisin buraxılaraq seçkilərin vaxtının qabağa çəkilməsi təşəbbüsü ilə çıxış edib. Nəzərə almaq lazımdır ki, 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması ölkəmiz də aparılan islahatlara çox mühüm bir töhfə olmuşdur. O zaman dövlət qeydiyyatında olmuş 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdir. Ümumilikdə, seçkilərə qatılmış 1314 namizəddən 305 nəfəri siyasi partiya üzvü olmuşdur. Həmin 305 şəxsdən 244-nin namizədliyi mənsub olduğu siyasi partiya tərəfindən, 61-nin namizədliyi isə özü tərəfindən irəli sürülmüşdür. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf olmuşdur. Mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərlə yanaşı mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olunmuşlar. Deputat seçilmiş şəxslərdən 44 nəfəri ilk dəfə parlamentari kimi fəaliyyətə başlamışdır. Onlardan 24 nəfəri hakim partiyanı, 18 nəfəri bitərəfləri, 2 nəfəri isə müxalif partiyaları təmsil edir. Beləliklə, deputat seçilmiş şəxslərin (121 nəfərin) ümumi tərkibinin təxminən 35,5 faizi yenilənmiş, cəmiyyətin daha geniş kəsimi parlament vasitəsilə dövlət idarəçiliyində təmsilçilik imkanı əldə etmişdir. Hazır ki, Milli Məclisin fəaliyyət məhsuldar olub. Dövlətimizin inkişafına, insanların həyat şəraitinin daha da yaxşılaşmasına, beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edən demokratik qanunlara qəbul edilib.

Böyük hədəflərə və məqsədlərə nail olundu

Tam qətiyyətlə qeyd etmək olar ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində xalqın istək və arzusu olduğu bütün hədəflərə nail olunub. 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Cənab İlham Əliyev andiçmə mərasimində demişdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm". 2003-cü il də deyilən tarixi fikirlər yüksək səviyyədə həyata keçirilib. Böyük nailiyyətlərə, qələbələrə imza atan Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrildi. 44 günlük Vətən Müharibəsində 30 illik erməni işğalına son qoyuldu, tarixi Azərbaycan torpaqlarında suverenliyimiz bərpa olundu. Parlaq qələbədən sonra işğaldan azad edilən ərazilərdə böyük quruculuq abadlıq işləri həyata keçirilir. Bütün azad edilən ərazilərə quruculuq, abadlıq, bərpa işlərindən sonra öz doğma yurdlarına köçürülürlər. Prezidentimizin diqqət və qayğısı əhatə olunan şəhid ailələrinin, qazilərin maddi və mənəvi qayğıları ilə yanaşı, mənzil, məişət məsələləri ilə də öz həllim tapır. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Rəsmi məlumata istinadən demək olar ki, parlaq hərbi qələbədən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 348 min xidmət göstərilib. Belə ki, şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 050 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 64,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.Müharibə ilə əlaqədar əlilliyi olan 2 151 şəxs 57,4 min reabilitasiya vasitəsi, o cümlədən 473 şəxs 566 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Sonda 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsi Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində dediyi tarixi fikirləri qeyd etmək yerinə düşərdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurulub və dövlət dünya durduqca yaşayacaq.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sesqazeti.az

1Mənbələr