AZ

Paris Hilton 16 yaşında istismara uğradığını etiraf edib

Dünyaca məşhur model Paris Hilton qatıldığı konfransda 16 yaşında olarkən müalicə aldığı reabilitasiya mərkəzinin əməkdaşı tərəfindən istismara uğrdığını açıqlayıb.
 
7News.Az xarici mətbuata əsasən xəbər verir ki, modelin iddialarına görə ona zorla dərman verilib və cinsi istismara məruz qalıb.
 
Həmin vaxt cəzalandırılmaq üçün kameraya atıldığını bildirən Hilton, "Məni dəhlizlərdə sürüyüb lüt soyundurdular" deyərək daha da diqqət çəkib.
 
Hilton, ailəsinin də bu prosesdə manipulyasiya edildiyini və aldadıldığını ifadə edərək, qəyyumluğa verilən uşaqların "uşaq həbsxanaları” kimi soyuq müəssisələrdə böyüməsinə icazə verilməməsi lazım olduğunu, bu uşaqlara qarşı edilən rəftarın cinayət olduğunu vurğulayıb.
 
7News.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
7news.az

1Mənbələr