AZ

İsrailin Livana hədəsinə Hizbullahdan qisas

Oktyabrın 7-dən Qəzzada kütləvi qırğınlar törədən İsrail Livanda Hizbullahla da qarşıdurmadadır. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Qallantın \"Livanı daşa çevirəcəyik” hədəsinə Hizbullah eyni sərtliklə cavab verib.

Hizbullahın Livandakı baş katibinin müavini Şeyx Naim Kasım İsrailin təhdidlərinin onlara mənfi təsir göstərməsinə qətiliklə icazə verməyəcəklərini ifadə edərək, İsrailin meydançaya çıxması halında daha çox itki verəcəklərini iddia edib.

Kasım açıqlamasında deyib:

\"İsrailin təhdidlərinin bizə mənfi təsir etməsinə qətiliklə icazə verməyəcəyik. Əksinə deməliyəm ki, bu, bizi daha ehtiyatlı hazırlıqlar etməyə sövq edir. Amma bunlar boş təhdidlərdir. İsrail hədələrlə nəyə nail ola bilməz”.

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
azxeber.com

1Mənbələr