AZ

Rusiyadan ABŞ-a SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahına təxribatlara operativ cavab tədbirləri görməyi tapşırıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Andrey Belousov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına Qara dəniz üzərində pilotsuz uçan aparat layihəsi ilə ABŞ-ın təxribatlarına operativ reaksiya vermək üçün təkliflər irəli sürməyi tapşırıb.

Rusiya Müdafiə Nazirliyi Qərb ölkələri tərəfindən Rusiyaya hücumlar üçün Ukrayna Silahlı Qüvvələrinə verilən yüksək dəqiqlikli silahların kəşfiyyatı və hədəf təyini ilə məşğul olan ABŞ-nin Qara dəniz üzərində strateji pilotsuz uçuş aparatlarının uçuşlarının intensivliyinin artdığını qeyd edib.

“Bu, ABŞ və NATO ölkələrinin Ukraynadakı münaqişədə Kiyev rejiminin tərəfində artan iştirakını göstərir. Bu cür uçuşlar hava məkanında Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə insidentlərin baş vermə ehtimalını xeyli artırır ki, bu da alyansla Rusiya Federasiyası arasında birbaşa qarşıdurma riskini artırır”, - Müdafiə Nazirliyi qeyd edib.

Vurğulanıb ki, NATO ölkələri buna görə məsuliyyət daşıyacaqlar.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
musavat.com

2Mənbələr