AZ

Bakıda mağaza yandırıldı – Saxlanılan var

Bakıda əmlakı qəsdən məhv etmə halı aşkarlanıb.

Medianews.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
12
medianews.az

10Mənbələr