AZ

Amerika Kubokunda ABŞ uduzdu, Uruqvay 5 qola sevindi

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün C qrupunda qərarlaşmış komandalar növbəti oyunlarına çıxıblar.

Panama yığması meydan sahibi ABŞ millisi ilə qarşılaşıb. Panama bu görüşdə 2:1 hesablı qələbə qazanıb.

Yeri gəlmişkən, “Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama yığmasının heyətində 90 dəqiqə meydanda olub.

Qrupun digər matçında Uruqvay millisi Boliviyanın qapısından 5 cavabsız top keçirib.

Qeyd edək ki, qrupda 6 xalı olan Uruqvay yığması 1/4 finala vəsiqəni təmin edib.

Amerika Kubokunda mübarizəyə iyulun 14-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Amerika Kuboku
C qrupu
28 iyun

Panama – ABŞ 2:1
Qollar: Sezar Bləkmən, 26. Xose Fayardo, 83 – Folarin Baloqun, 22.

Uruqvay – Boliviya 5:0
Qollar: Fakundo Pelyistri, 8. Darvin Nunyes, 21. Maksimilian Arauxo, 77. Federiko Valverde, 81. Rodriqo Bentankur, 89.

Xallar: Uruqvay – 6. ABŞ – 3. Panama – 3. Boliviya – 0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
arena.az

1Mənbələr