AZ

İran səfiri Azərbaycana qarşı: “Əgər söhbət sülh dialoqundan gedirsə…”

“İranın Ermənistanla münasibətlərdə siyasəti prinsipialdır. İranda kim hakimiyyətə gəlirsə, bu prinsipial siyasət çərçivəsində hərəkət edir”.

Medianews.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani İrəvanda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Sübhani bu gün İranda keçirilən prezident seçkisinin nəticəsindən asılı olmayaraq, molla rejiminin İrəvan siyasətinin dəyişməyəcəyini vurğulayıb.

“Ali lider Xameni Ermənistanın baş naziri ilə görüş zamanı da daxil olmaqla, İranın Ermənistana münasibətindən danışıb. Biz Ermənistanın ərazi bütövlüyünə hörmət edirik və onu dəstəkləyirik. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, eləcə də istənilən geosiyasi dəyişikliyin əleyhinəyik”.

Jurnalistlər M.Sübhaniyə “Azərbaycanın Ermənistana mümkün müdaxiləsi halında İranın reaksiyası necə olacaq” şəklində sual ünvanlayıb. Səfir təxribat xarakterli sualı belə cavablandırıb: “Əgər söhbət sülh dialoqundan gedirsə, (Azərbaycan – red.) təhdid dilində danışmamalıdırlar. Ermənistanla əməkdaşlığımızın formasına gəlincə, bu, Ermənistan hökumətindən asılıdır. Qarşılıqlı anlayışlara əsaslanaraq hazır olduğumuzu bildirmişik, iki ölkənin maraqlarına nə uyğun olacaqsa, Ermənistanla bütün sahələrdə əməkdaşlığa hazırıq”.

Ayşən

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
medianews.az

1Mənbələr