AZ

Mitinqdə barmaqları qopan erməni nəhayət zərərçəkən kimi tanındı

İyunun 12-də İrəvanın Baqramyan prospektində polisin atdığı səs qumbarının partlaması nəticəsində barmaqlarını itirən Yesai Karamyan adlı siyasi fəalla bağlı nəhayət ki, qərar verilib.

Onun vəkili Manuş Yesayan "Aravot"a açıqlamasında deyib ki, “Yesai Karamyanın zərərçəkmiş kimi tanınması barədə qərar qəbul edilib. Yesai artıq dindirilib. Onu da qeyd edim ki, Yesai Ermənistan Respublikası Cinayət Məcəlləsinin 441-ci maddəsi ilə aparılan icraat çərçivəsində zərərçəkmiş şəxs kimi tanınıb. Bu maddə isə vəzifə səlahiyyətlərindən sui-istifadə və ya onun yaratdığı təsirlə bağlıdır".

Qeyd edək ki, hüquq-mühafizə orqanları və hakim dairələr ağır xəsarətlər alan aksiya iştirakçını öz məsuliyyətsizliyi səbəbindən barmaqlarının qopduğunu deyirdilər. Çünki, polis səs qumbarasını atanda o, bombanı ağılsızcasına əlinə götürüb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
news365.az

1Mənbələr