AZ

Zahid Oruc: Özünü “Zəmanəsinin Xomeynisi” sayan şəxsin...

Milli Məclisin 2024-cü il 28 iyun tarixində keçirilən növbədənkənar sessiyasının son plenar iclasında çıxış edən deputat Zahid Oruc Şüvəlanda polis əməkdaşlarına qarşı törədilən qətl hadisəsi barədə danışıb. Deputat, "Zəfərimizdən sonra misilsiz dinc quruculuqda fəal iştirak edən, onu qoruyan  Azərbaycan Hüquqi Mühafizə Orqanlarını  ləkələmək üçün cinayətkar bir şəxsin Şüvəlanda qətlə yetirdiyi üç polisin üzərindən dövlətimizə qarşı hibrid savaş aparılır" sözləri ilə fikrini ifadə edib.

Deputatın fikirlərində bu ifadələr yer alır: "İlk növbədə, onlar demək istəyir ki, sərhədlər bağlı olsa da, sabitliyi poza bilərlər. Hadisənin xronologiyası, zaman seçimi Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin ad günündə- 23-dən 24-nə keçən gecə, səhər saat 4-də törədilməsi, özünü “Zəmanəsinin Xomeynisi” sayan şəxsin gec-tez gələcəyinə işarələr  edilməsi siyasi təqvimlə işləyən radikal Hüseynçi qüvvələrin, ölkəmizə düşmən olan dairələrin “istənilən anda müdaxilə edərik” mesajı məkrli bir siyasətin aparıldığını göstərir. Yaddaşımızı təzələyənlər “Şüvəlanı-yeni Nardaran”a çevirməyə çalışmaqla bir vaxtlar dini müqavimət məkanına çevirdikləri bir kəndin yaddaşını oyatdıqlarını, onu yaşatdıqlarını nümayiş etdirirlər".

Zahid Oruc eləcə də zaman-zaman bədxah qüvvələrin Bakı kəndləri amilini işə saldığnğ da vurğulayıb.

"Bakı kəndləri amilini işə salmaqla, din, namus-qeyrət mental kodunu istismar etməyə cəhd etməklə, hakimiyyət qarşı əllərindən çıxan yerli əhali amilini təzədən dirçəltmək istəyirlər. Məhz Şüvəlanın,1-ci Vitse-prezidentin bir vaxtlar təsmilçisi olduğu rayonun adını hallandırmaq, ləkələməyə çalışmaqla, Paşa holdinqin məsələyə bağlılığı iddiasını irəli sürməklə hansı avantürst planlara əl atıldğı aşkar görünür. Məqsəd Vətən müharibəsindən sonra Prezident və Birinci xanımın yüksələn nüfuzuna kölgə salmaqdır", deyə Zahid Oruc qətl hadisəsi barədə fikrini yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
hurriyyet.az

1Mənbələr