AZ

Rusiyanın müdafiə naziri: “ABŞ təyyarələri Qara dənizdə tez-tez görünür”  

Rusiyanın müdafiə naziri Andrey Belousov Baş Qərargaha ABŞ-yə məxsus PUA-ların təxribatlarına operativ cavab tədbirləri ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən ölkənin Müdafiə Nazirliyi ABŞ-yə məxsus təyyarələrin Qara dəniz üzərində tez-tez göründüyünü etiraf edib.

“Rusiyanın hava məkanında bu cür uçuşlar insidentlərin başvermə ehtimalını xeyli artırır ki, bu da alyansla Rusiya Federasiyası arasında birbaşa qarşıdurma riskidir. NATO ölkələri buna görə cavab verəcəklər” – Belousov deyib.

Rusiya tərəfinin iddiasına görə, ABŞ-nin pilotsuz uçuş aparatları (PUA) kəşfiyyat aparır və Rusiya ərazisindəki hədəflərin dəqiq koordinatlarını Ukraynaya ötürür.

Orxan

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
konkret.az

1Mənbələr