AZ

Gürcüstanda LGBT qadağaları təsdiqlənir

Gürcüstanda LGBT qadağaları təsdiqlənir 

Gürcüstan parlamenti ictimai yerlərdə LGBTİQ+ bayrağının nümayişinə qadağa, LGBTİQ+ münasibətlərinin görünməsi və gender uyğunluğu prosesini ehtiva edən məhdudlaşdırıcı qanun layihələrini təsdiqləyib. 

"Cebhe.info" xəbər verir ki, sözügedən qanun layihəsi dünən Gürcüstan parlamentində səsə qoyulub. Hakim “Gürcü Arzusu” Partiyasının təklif etdiyi qanun layihələri deputatların səs çoxluğu ilə təsdiqlənib. 

Qanun layihələrinə əsasən, LGBTİQ+ şəxsləri övladlığa götürə bilməyəcək, gender uyğunluğu keçən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər dəyişdirilməyəcək. 

LGBTIQ+ mitinqləri və yürüşləri kimi tədbirlər də qadağan olunacaq. Təhsil sistemində LGBTİQ+ təbliğatına icazə verilməyəcək və yayımçılara LGBTİQ+ fərdlərinin münasibətlərini əks etdirən səhnələrin nümayişi qadağan ediləcək. Qeyd edək ki, Gürcüstanda qanun layihələrinin qanuna çevrilməsi üçün daha 2 oxunuşdan keçməsi lazımdır. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlamasında bildirib ki, oktyabrın 26-da keçirilməsi planlaşdırılan ümumi seçkilərə az qalmış qanun layihələrinin ikinci və üçüncü oxunuşlarına səs verəcəklər. Papuaşvili deyib ki, qanun layihələri ənənəvi münasibətləri dəyişdirən LGBT təbliğatına nəzarət etmək üçün lazımdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
cebheinfo.az

1Mənbələr