AZ

Qadın əcnəbi vətəndaşla evlənib və bundan bir müddət sonra xəbər tutub

Sankt-Peterburq sakini əcnəbi ilə ailə qurub və bundan xəbəri olmayıb.

32gun.az bildirir ki, bu barədə vilayət məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb .

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, qadın pasportunu 2021-ci ildə itirib. O, polisə ərizə yazıb, lakin sənədi yenidən rəsmiləşdirməyə vaxtı olmayıb.

Bir müddət sonra o, yeni doğulmuş uşağını qeydiyyata almaq qərarına gəldi və 2022-ci ilin yanvarında Misir vətəndaşı ilə evləndiyini öyrəndi .

Nəşr yazır: “Mən ərimi heç vaxt görməmişəm, onu tanımıram, ərimlə birgə ailə həyatı qurmamışam”.

Məlum olub ki, nikah itirilən pasport əsasında bağlanıb. Eyni zamanda, 2022-ci ildə Misir vətəndaşının özü Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb və ona müvəqqəti yaşamaq icazəsi verilməsini istəyib. Səbəb isə həyat yoldaşı ilə yaşamaq istəyi olub.

Qadın məhkəməyə müraciət edib. Orada nikah etibarsız sayılıb və qeydiyyat qeydi ləğv edilib.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
32gun.az

1Mənbələr