Çox böyük bir yemək parçası daşıyan qarışqa görməmiş insan yoxdur.

İndex.az-ın araşdırmasına görə, qarışqaların bu yükləri daşımalarının, daha doğrusu daşıya bilmələrinin əsas səbəbinin onların “yüngül” canlılar olmaqlarıdır.

Qarışqalar əzələ gücündən yük daşımaq üçün istifadə edirlər. Ancaq biz insanlarda belə deyil.

Bədən çəkimiz ağır olduğu üçün əzələlər bədənimizin skelet sistemini dəstəkləməlidir. Ona görə də tonlarla yükü daşıya bilmirik. Ancaq gördüyünüz kimi qarışqalar bu vəziyyətdən istisnadırlar.

Ohayo Dövlət Universiteti mövzu ilə bağlı araşdırma aparıb. Qarışqaların oynaq gücünü ölçmək üçün onları mikroskop altında diskə yerləşdiriblər. Nəticə inanılmaz olub, qarışqalar öz çəkilərindən 3500-5000 dəfə çox gücə tab gətirə biliblər.

Qeyd edək ki, onlar yükü ayaqları ilə deyil, ağızları ilə daşıyırlar.

Onların daşıdıqları əşyanın çəkisi boyun oynaqları sayəsində ayaqlara ötürülür. Mikroskop altında araşdırıldığında boyun oynaqlarının nə qədər davamlı olduğu müəyyən edilib.

Bu, oxşar toxumaları olan digər həşəratlar üçün də eynidir.