AZ

Arxeoloqlar qədim Kyrenia gəmisinin qəzaya uğrama vaxtını öyrəniblər

Arxeoloqlar qədim Kyrenia gəmisinin qəzaya uğrama vaxtını öyrəniblər




ABŞ və Avropadan olan arxeoloqlar “Kyrenia” gəmisindəki artefaktların yaşı ilə bağlı araşdırma aparıblar və gəminin eramızdan əvvəl 286-272-ci illərdə Kipr sahillərində qəzaya uğradığı qənaətinə gəliblər ki, bu da alimlərin əvvəlki fərziyyələrindən bir neçə il fərqlənir. TASS xəbər verir ki, bu barədə Kornel Universitetinin mətbuat xidməti məlumat yayıb.Alimlər gəmidə tapılan müxtəlif qədim artefaktları və üzvi qalıqları, o cümlədən keçi və qoyun dəriləri, saxsı qab qırıqları və amforalarda saxlanılan minlərlə qədim badamları təhlil ediblər. Tədqiqatlar göstərib ki, gəmi son səyahətinə əvvəllər düşündüyündən gec - eramızdan əvvəl 286-272-ci illərdə çıxıb.Kornell Universitetinin professoru Sturt Manning başda olmaqla, ABŞ və Avropadan olan bir qrup arxeoloq Kiprin şimal sahillərində “Kyrenia” gəmisinin aşkarlanmasından sonra keçən əsrin ortalarında toplanmış bir çox artefaktları tədqiq ediblər. Onlar həm gəminin fraqmentlərini, həm də gəmidə tapılan müxtəlif məişət əşyalarını və ritual əşyaları tədqiq ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
patrul.az

1Mənbələr