AZ

13 yaşlı uşaq avtobusa atəş açdı

Sankt-Peterburq polisi avtobusa atəş açan şəxsin 13 yaşlı uşaq olduğunu aşkar edib.

 

Oxu24.com xəbər verir ki,bu barədə 78.ru məlumat yayıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisə baş verən gün bir qrup məktəbli gəzintiyə çıxıb. Onlardan biri özü ilə tapança götürüb və onu  dostuna verib, bundan sonra avtobusa atəş açıb.

Saxlanılan şəxslər valideynləri ilə birlikdə şöbəyə aparılıb. Orada şöbə mütəxəssisləri onlarla profilaktik söhbət aparıblar. Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilir. 

Hadisə bir gün əvvəl şəhərin Vıborq rayonunda baş verib. Avtobus metronun “Lesnaya” stansiyasının yaxınlığından keçərkən naməlum şəxs ona atəş açıb. Hadisə zamanı sərnişinlərdən xəsarət alan olmayıb.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
oxu24.com

2Mənbələr