AZ

ABŞ kəşfiyyatı İsrail-Hizbullah müharibəsinin anonsunu verib?

Əgər Qüds və Həmas Qəzzada atəşkəs əldə edə bilməsələr, yaxın bir neçə il ərzində İsrail ilə Hizbullah arasında genişmiqyaslı qarşıdurma başlaya bilər.

News365.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. Sayt Amerika kəşfiyyatının məlumatlarına istinad edib. 

Qeyd edilir ki, ABŞ rəsmiləri hər iki tərəfi gərginliyin azaldılmasının vacibliyinə inandırmağa çalışırlar. Nəşr yazıb ki, əgər Qəzzada atəşkəs bərqərar edilsəydi, bu iş xeyli asanlaşardı. Lakin razılaşma gərgin danışıqlar mərhələsindədir və ABŞ rəsmiləri İsrail ilə HƏMAS-ın yaxın gələcəkdə təklif olunan razılaşmaya qol qoyacaqlarına əmin deyillər.

"Belə bir məqamda İsrail Müdafiə Qüvvələri və Hizbullah döyüş planları hazırlayıblar və əlavə silahlar almağa çalışırlar",- iki yüksək səviyyəli ABŞ rəsmisi bildirib.

Məqalədə o da vurğulanıb ki, hər iki tərəf açıq şəkildə müharibə istəmədiklərini söyləyir. Lakin ABŞ rəsmilərinin bunun qarşısını almaq üçün göstərdiyi səylərə baxmayaraq, onlar intensiv döyüşlərin başlayacağına inanırlar. Başqa bir mənbəyə görə, indi belə bir müharibə riski son həftələrdə heç vaxt olmadığı qədər yüksəkdir.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
news365.az

1Mənbələr