“Fənərbağça”dakı performansı ilə Avropa komandalarını özünə cəlb edən Ferdi Kadıoğlu AÇ-2024-də də gözəl oyun sərgiləyir. 

Offsideplus.az xəbər verir ki, oyunçu turnirdə maraqlı ən çox qol şansı yaradan adlar arasında ilk 3-ə daxil olub.

Fərdi sol cinah müdafiəçisi olsa da, çempionatda 10 epizodda əsas iştirakçılardan biri olub. Türkiyə millisinin üzvü Kristian Eriksen və Kevin De Bruynedən sonra 3-cü yerdə qərarlaşıb.

Adı "Borussiya" (Dortmund) ilə hallanan Ferdi Kadıoğlu ötən mövsüm "Fənərbağça"nın heyətində 54 oyun keçirib.