AZ

Bu gün Daxili İşlər Orqanları özünün yüksəliş dövrünü yaşayır - Bəhruz Məhərrəmov

Yazını böyüt
Yazını kiçilt

“İyulun 2-si Azərbaycan xalqı Polis Gününü qeyd edir. Ulu Öndər deyirdi ki, “bu bayram Azərbaycan xalqının bayramıdır, çünki Daxili İşlər orqanları dövlətin əsas sütunlarından biridir.”

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərəmov bildirib.

Deputat bildirib ki, bu gün qəti demək olar ki, Azərbaycan polisi özünün vəzifələrini ləyaqətlə yerinə yetirərək ictimai qayda və ictimai təhlükəsizli tam təmin edir, cinayətkarlıqla mübarizə ən yüksək səviyyədə həyata keçirilir, ölkədə mütəşəkkil cinayətkarlıq tam aradan qaldırılıb, şəxsiyyətin, hüquq və azadlıqların, mülkiyyətin hüquqa zidd əməllərdən qoruması təmin olunur.

“Azərbaycan xalqı da bu reallıqların çox yaxşı fərqindədir, çünki Prezidentin də dediyi kimi, biz müstəqilliyin ilk illərində Daxili İşlər Nazirliyinin anarxiyanın, özbaşınalığın tüğyan etməsində əsas rol oynadığı bir period yaşamışıq. Polis orqanları, xüsusilə o zamankı nazir və onun müavinləri özləri quldurluqla, Ulu Öndərin təbirincə desək reketliklə məşğul idilər, faktiki olaraq cəmiyyətdə polisə münasibət sıfıra enmişdi.

Lakin, Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə vəziyyət köklü dəyişdi, Polisin 1969-1983-cü illərin potensialına arxalanan yüksək nüfuzu bərpa edildi. Ulu Öndər DİO-da islahatlara demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsi konsepsiyası ilə yanaşmaya nail olmaqla milli polis anlayışı formalaşdırdı. O polis ki, sonrakı dövrlərdə səngərdə də şəhərdə də hər zaman dövlətinə, xalqına və liderinə sədaqətlə bağlı olduğunu dəfələrlə sübut etdi.

Artıq 2002-ci ildə Ümummilli lider Azərbaycan polisi üçün yol xəritəsi hesab edilən 03 iyul tarixli nitqində bəyan edirdi ki, O, “Azərbaycan polisinə etibar edir, inanır və arxalanır”

B.Məhərrəmov bildirib ki, Prezident İlham Əliyevin hakimiyyətə gəlişi Azərbaycan polisi üçün məzmunca yeni bir mərhələ oldu, Azərbaycan polisi əmin oldu ki, möhtərəm Prezident digər müsbət şəxsi keyfiyyətləri ilə yanaşı həm də həm də dar günün dostu olan qətiyyətli rəhbərdir.

“2005-ci ildə Azərbaycanda “narıncı inqilab” cəhdi qarşısında polis orqanlarının qətiyyətli davranışı qələbəsinə şübhə etməyən qərb dairələrinin Azərbaycan polisini hədəfə alması ilə nəticələnmişdi. Lakin, möhtərəm prezident qəti mövqe qoydu ki, “polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalanmayacaqdır. Çünki onlar qanun keşiyində dayanırlar.”
Deputat bu gün də ölkəmizə qarşı düşmən mövqe tutan dairələr tərəfindən Azərbaycan polisinə qarşı qarayaxma cəhdlərinin olduğunu deyib. Amma Azərbaycan polisinin fəaliyyətinə yalnız Azərbaycan prezidenti qiymət verə bilər. Prezidentin mövqeyi tam aydındır və bu iradə qarşısında hansısa saxtakar, cinayətkar beynəlxalq təşkilatın, onun Azərbaycandakı tör-töküntülərinin, 5-ci kolonun yaxud sosial media qaragüruhunun sayıqlamalarının heç bir önəmi yoxdur.

“Bu gün Daxili İşlər Orqanları cənab İlham Əliyevin Müzəffər Ali Baş komandanlığı altında özünün yüksəliş dövrünü yaşayır, polisin maddi-texniki təminatı yüksək səviyyədədir və polisin sosial-rifahının daha da güclənməsi ən ali səviyyədə daim diqqət mərkəzindədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
hafta.az

1Mənbələr