AZ

CNN: Baydenin debatdakı çıxışı demokratları məyus edib

CNN:

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 27-də ABŞ-da keçirilən seçki debatları zamanı Prezident Cozef Baydenin çıxışı onun tərəfdarlarını ümidsizliyə düçar edib.

AZƏRTAC CNN teleradio kompaniyasına istinadla xəbər verir ki, demokratlar artıq prezident seçkilərində öz namizədlərini dəyişmək barədə düşünməyə başlayıblar.

Baydenin titrəyən səslə və rabitəsiz danışdığı, fikrini tamamlamaq üçün xeyli səy göstərdiyi bildirilir.

Analitiklərin fikrincə, Demokratlar Partiyası hələ də noyabrda keçiriləcək prezident seçkilərində Cozef Baydenin yerinə layiqli namizəd tapa bilər. Telekanalın məlumatına görə, partiya Kaliforniya qubernatoru Qevin Nyusom və Miçiqan qubernatoru Qrethen Uitmarın namizədliyini nəzərdən keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
azertag.az

1Mənbələr