AZ

Hikmət Əlizadə: Son üç ildə ölkədə məişət tullantılarının idarə olunması ilə bağlı 4 mindən çox pozuntu halı qeydə alınıb

Hikmət

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycanda tullantıların idarə edilməsi ilə bağlı, ətraf mühitin mühafizəsi haqqında qanunvericilik mexanizmləri kifayət qədər işləkdir. Lakin təəssüf ki, gündəlik praktikada vətəndaşlar tərəfindən törədilən pozuntularla qarşılaşırıq. Dövlət tərəfindən üzərimizə qoyulan səlahiyyət həmin pozuntuların işlək mexanizmlərlə, yəni innovativ texnologiyalarla, bəzən isə kifayət qədər ibtidai üsullarla aradan qaldırılmasına nail olmaqdır. Son üç ildə ölkədə məişət tullantılarının idarə olunması ilə bağlı 4 mindən çox pozuntu halı qeydə alınıb. Ümumilikdə həmin pozuntular nəticəsində 2,5 milyon manatdan çox ziyan və cərimə hesablanıb. Onlar da dövlətin müəyyən etdiyi fondlara ödənilib.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu çərçivəsində “Sıfır tullantı hədəfinə doğru: tullantılarla çirklənmə probleminin yenilik, siyasət və ictimai maarifləndirmə ilə həll edilməsi” mövzusunda panel müzakirəsində deyib.

Hikmət Əlizadə bildirib ki, tullantıların idarə edilməsinin tənzimlənməsi yerlərdə icra hakimiyyəti, bələdiyyələr, onların kommunal idarələri tərəfindən həyata keçirilməlidir. Bakı şəhərində həmin fəaliyyət daha düzgün təşkil edilib. Paytaxtda pozuntular demək olar ki, çox az hallarda qeydə alınır. Təəssüf ki, ucqar regionlarda tez-tez pozuntularla rastlaşırıq. Belə ki, regionlarda tənzimləməyən, nəzarətsiz poliqonlar var: “Bu da bir sıra iş adamları, xüsusilə böyük tikinti şirkətləri, infrastruktur layihələri həyata keçirən şirkətlərin maraqlarına uyğun yaradılır. Bizim fəaliyyətimiz həmin poliqonların ləğv edilməsinə nail olmaq və bu fəaliyyətlə məşğul olan şəxsləri daha sivil istiqamətə yönəltməkdir. Keçən il bununla bağlı 154 iş hüquq-mühafizə orqanlarına, əsasən Daxili İşlər Nazirliyinə təqdim edilib. Əlbəttə, bu, müəyyən inzibati tədbirlərlə bağlıdır. Lakin biz özümüz də dərk edirik ki, təkcə inzibati tədbirlərlə, cərimələrlə müsbət nəticəyə nail ola bilməyəcəyik. Maarifləndirmə tədbirləri də vacibdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin istiqamətdə son bir il ərzində 1000-dən, son üç il ərzində 3 mindən yuxarı maarifləndirmə tədbirləri həyata keçirib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
azertag.az

2Mənbələr