AZ

İrakli Kobaxidze; “Avrointeqrasiya yolunda dörd əsas konkret nəticəmiz var idi”

Yazını böyüt
Yazını kiçilt

"Biz Avropaya inteqrasiya istiqamətində irəliləyişə ardıcıl olaraq davam edəcəyik. Əminəm ki, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqının üzvü olacaq".

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin sualına cavabında deyib.

Baş nazir, 2030-cu ildə namizəd ölkələr arasında Avropa İttifaqına inteqrasiyaya ən çox məhz Gürcüstanın hazır olacağını bildirib.

“Avrointeqrasiya yolunda bizim dörd əsas konkret nəticəmiz var idi və ölkə dörd nəticənin hamısını məhz “Gürcü Arzusu”nun hakimiyyəti şəraitində əldə etdi. Bu yolun çətinliklərlə dolu olmasına baxmayaraq, biz bacardıq və Avrointeqrasiya yolunda konkret addımlar atdıq”, - deyə hökumət başçısı bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
hafta.az

1Mənbələr