AZ

Aysu Əliyeva Xorvatiyada bürünc medal qazandı - FOTO

Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında bürünc medal qazanıb.
 
Moderator.az Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.
 
Qeyd edək ki, komandaya bu yarışda AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.
Seçilən
120
16
moderator.az

10Mənbələr