AZ

Bidzina İvanişvili Gürcüstan millisininə 30 milyon avro hədiyyə etdi

Futbol üzrə Gürcüstan milli komandasının oyunçuları Avropa çempionatının pley-off mərhələsinə yüksəldikləri üçün milyarder Bidzina İvanişvilidən 30 milyon lari (təxminən 10 milyon avro) alacaqlar.

Editor.az bu barədə milyarderin təsis etdiyi hakim “Gürcü arzusu” partiyasının bəyanatına istinadən xəbər verir. O, həmçinin ispanları məğlub edəcəyi təqdirdə futbolçuların da bir daha eyni məbləği alacaqlarına söz verib.

Xatırladaq ki, bir gün əvvəl gürcü futbolçular Portuqaliya yığmasına qalib gələrək tarixdə ilk dəfə Avro-nun 1/8 finalına yüksəliblər. Gürcüstan millisinin bu mərhələdəki rəqibi İspaniya yığması olacaq. Bu oyun iyunun 30-u axşam baş tutacaq.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
editor.az

1Mənbələr