AZ

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadovla vida mərasimi keçirilir

Sumqayıtda
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib. 1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Sumqayıt şəhərində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Elman Xurşud oğlu Cavadov 1973-cü il sentyabrın 5-də Sumqayıtda anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

E.Cavadov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
6
1news.az

6Mənbələr