AZ

İranda prezident seçkiləri: məntəqələr açıldı

İranın bütün ərazisində yerli vaxtla saat 8:00-da (Bakı vaxtılə 08:30)yeni prezidentin seçilməsi üçün səsvermə məntəqələri açılıb.

Medianews.az “Tasnim”ə istinadla xəbər verir ki, seçicilər cümə günü 10 saat ərzində səs verə biləcəklər, lakin lazım gələrsə, ölkənin Daxili İşlər Nazirliyi səsvermə vaxtını uzada bilər.

Qeyd olunur ki, səsvermə hüququna malik 61,5 milyondan çox İran vətəndaşı səs verə biləcək. İran hökuməti yerli vaxtla saat 18:00-a qədər açıq qalacaq 59 minə yaxın seçki məntəqəsi və 15 mindən çox mobil məntəqə açıb. Eyni zamanda İrandan kənarda 340-a yaxın səsvermə məntəqəsi açılıb.

Agentliyin məlumatına görə, İslam İnqilabının lideri Ayətullah Əli Xamenei öz seçki məntəqəsində ilk səs verib.

Qeyd edək ki, seçkilərdə nəzərdə tutulan altı namizəddən dördü iştirak edir. Daha əvvəl iki namizəd prezidentlik yarışını tərk etmişdi.

Belə ki, parlamentin spikeri Məhəmməd Bağır Qalibaf və ruhani liderin respublikanın Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili səsvermədə iştirak edirlər. Onlardan başqa, yarışda mühafizəkar, Daxili İşlər və Ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mostafa Pourmohammadi və islahatçı düşərgədən yeganə namizəd – keçmiş səhiyyə və tibbi səhiyyə naziri Məsud Pezeşkiyan da var.

İranda növbədənkənar prezident seçkiləri ölkə prezidenti İbrahim Rəisinin mayın 19-da təyyarə qəzasında həlak olmasından sonra təyin edilib.

Ayşən

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
medianews.az

3Mənbələr