AZ

Orxan Lökbatanlını Heydər Əliyev sarayına niyə buraxmadılar? (AÇIQLAMA)

Meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev sarayında konsert vermək üçün müraciətinin rədd edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. 

Orxan Lökbatanlı Qaynarinfo-ya açıqlamasında xəbərin doğru olduğunu deyib.
 
Meyxanaçı bildirib ki, 4 ay bundan öncə saray rəhbərliyinə konsert vermək üçün müraciət edib, amma ona icazə verməyiblər:
 
”Mən özümə, sənətimə arxayınam, bilirəm ki, sarayın səhnəsini tamaşaçı ilə doldura bilərəm. Özü də mənim konsert layhəm fərqli idi. Yəni, mən tək  olmayacaqdım, qonaqlarım da olacaqdı. Amma olmadı”. 

Orxan Lökbatanlı müraciətinə yox cavabı almasının səbəbini repertuarı ilə əlaqələndirib:

"Düşünürəm ki, ancaq repertuar ola bilər. Amma saray konsert üçün məkandırsa, bu da mənim solo konsertimdir. Hamı necə biz də elə, sənət adamları arasında ayrıçeçkilik etməzlər. İndi layihəmi həyata  keçirmək üçün məkan axtarıram. Nə vaxt hansı məkanda icazə versələr layihəmi həyata keçirəcəyəm”. 

Qeyd edək ki, müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev Sarayında konsert vermək istəyib. Amma onlara sözügedən mədəniyyət ocağında konsert verməyə icazə verməyiblər. Xatırladaq ki, bu barədə məlumatı aparıcı-prodüser Tarix Əliyev "Xəbərin var?” verilişində yayıb. 

Bahar Rüstəmli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
18
qaynarinfo.az

10Mənbələr