AZ

Bu ilin ilk beş ayında TƏBİB-ə beş mindən çox şikayət daxil olub – RƏSMİ  

“2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub. Onlardan 6 690-ı ərizə, 5 110-u şikayət, 19-u təklifdən ibarət olub”. 

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə qeyd edib. 

Onun sözlərinə görə digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202 qeydə alınıb:

"Kollektiv daxil olan müraciətlərin sayı isə 189 olub.  2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciət sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib”. 

Alçina Amilqızı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
bizim.media

4Mənbələr