AZ

İki nəfər narkotiklə tutuldu

İki nəfər narkotiklə tutulub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Aqil Abbasov Zabrat dəmir yolu stansiyası ərazisində saxlanılıb. Ondan 360 qram marixuana aşkar olunaraq götürülüb.

Xaçmaz dəmir yolu stansiyası ərazisində keçirilən tədbirlərlə saxlanılan İmamverdi Piriyevdən isə 180 qram marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
6
veteninfo.az

7Mənbələr