AZ

“Vəzifələr yerinə yetirilmirsə Milli Məclisin buraxılması gündəmə gəlir“ - Bəhruz Məhərrəmov

"94, 95, 96 və 97-ci maddələrində müvafiq vəzifələri yerinə yetirə bilmirsə və yaxud bilmərsə o zaman Milli Məclisin buraxılması məsələsi gündəmə gəlir.

Milli Məclisin deputatı Bəhruz Məmmədov bunu News365.az-a deyib.

"Azərbaycan konstitusiyasında 98.1 maddəsi var və həmin maddə ilə Milli Məclisin buraxılması haqqında qaydalar müəyyən olunur. Orda konkret olaraq müddəalar müəyyənləşib və həmin müddəalardan, aspektlərdən, tezislərdən biri də ondan ibarətdir ki, əgər milli məclis özündən asılı olmayan səbəblərdən bu konstitusiyanın 94, 95, 96 və 97-ci maddələrində müvafiq vəzifələri yerinə yetirə bilmirsə və yaxud bilmərsə o zaman Milli Məclisin buraxılması məsələsi gündəmə gəlir. İndiki halda əgər hakim partiya milli məclisin böyük çoxluğunu təşkil edən hakim partiya parlamentin buraxılmasını yeni, növbəti seçkilərə gedilməsinin tərəfdarıdırsa bu o deməkdir ki, məhz 98.1 maddədə həmin o situasiya formalaşıb və Azərbaycan parlamentidə hakim partiya nümayəndələrinin müraciəti əsasında məsələyə baxdı və birmənalı şəkildə yetkinliklə biz qərar qəbul etdik ki, Azərbaycan respublikasının prezidentinə müraciət olunsun ki, növbədənkənar seçkilər təyin edilsin. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
news365.az

1Mənbələr