AZ

Moskvada 1 saat parkinq haqqı 600 rubl olacaq

Yazını böyüt
Yazını kiçilt

Moskva Bələdiyyəsinin Nəqliyyat Departamenti iyulun 1-dən şəhərin mərkəzindəki bəzi dayanacaqlarda saatlıq ödənişin 600 rubla (20 manat) qədər artırılacağını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, bu yerlərdə parkinq haqqı səhər saat 8.00-dan axşam 21.00-a qədər 600 rubl, digər saatlarda isə 200 rubl olacaq.

Bəyanatı yayan RBC qəzeti avtomobil sıxlığının 80 faizdən çox olduğu küçə və yerlərdə tarifin dəyişəcəyini yazır. Xəbərə görə, bu küçələrin cəmində payı 12 faizdir.

Dayanacaq haqlarının artırılacağı 31 küçə arasında İlyinka, Petrovka, Solyanka və Neqlinnaya da var.

Digər tərəfdən, Qavrikova, Malaya Kalujskaya və Balakirevski də daxil olmaqla 12 küçədə tariflər azalacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
hafta.az

1Mənbələr