AZ

E-sosial.az portalının 1 milyon 553 mindən çox aktiv istifadəçisi var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az internet portalına maraq artmaqda davam edir və portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 1 milyon 553 mini ötüb.

 

2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

 

E-sosial.az portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək də mümkündür.

 

Təkcə bu ilin 5 ayında portaldan istifadə sayı 1,8 milyondan çox olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
qht.az

3Mənbələr