AZ

Kürdəmirdə ağır qəza: Yaralılar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 201-ci kilometrliyində rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüklə dolu "Ford" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən önündə hərəkətdə olan "KamAZ" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə "Ford"da olan sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirirlər.

Hazırda fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
milli.az

5Mənbələr