AZ

Kazbek Tuayev: “Bunu bacara biləcək istənilən mütəxəssis gözümüzün nuru olacaq”

"Roman Qriqorçukla şəxsi tanışlığımız yoxdu. Bildiyim odu ki, "Qəbələ" ilə müəyyən uğurlar qazanıb. Bölgə təmsilçisi onun rəhbərliyi altında 2 dəfə Avropa Liqasının qrupunda çıxış edib". Bunu Sport24.az-a açıqlamasında Kazbek Tuayev bildirib.
 
Təcrübəli mütəxəssis  ukraynalı baş məşqçinin "Neftçi"nin "sükanı arxasına" təyin olunmasına da münasibət bildirib: "Veteranların istəyi, arzusu odur ki, "ağ-qaralar" daim mükafatlar uğrunda mübarizə aparsın, ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin. Bunu bacara biləcək istənilən mütəxəssis gözümüzün nuru olacaq. Qriqorçuku dəvət ediblərsə, deməli, qarşına müəyyən tələblər qoyub. Yeni baş məşqçinin nə qədər faydalı olacağını zaman göstərəcək".
82 yaşlı veteran Almaniyada keçirilən Avropa çempionatı barədə də danışıb: "Çox maraqlı turnir izləyirik. Almaniya, İspaniya və Avstriya millilərinin oyunlarından zövq alıram. Gürcülərin xarakter göstərməsi də xoşuma gəldi. Çoxları deyir ki, onlar son görüşdə meydana heç də əsas heyətlə çıxmayan Portuqaliyanı məğlub ediblər. Belə mötəbər turnirlərdə nə ikinci heyət, nə əsas... Gürcülər qitə çempionatında debüt etsələr də,  tarix yazdılar". ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sport24.az

1Mənbələr