AZ

İranda növbədənkənar prezident seçkiləri keçirilir


İranda növbədənkənar prezident seçkiləri keçirilir.
Yeniavaz.com
xəbər verir ki, namizədlikləri ilkin olaraq İran Konstitusiyasının Keşikçilər Şurası tərəfindən təsdiqlənən 6 siyasətçidən 4-ü prezidentlik yarışında qalıb.
İyunun 26-da namizədliyini mühafizəkarların xeyrinə geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra iyunun 27-də Tehran meri Əlirza Zəkani də oxşar qərar qəbul edib. O, mühafizəkarlar qanadından iki əsas namizədin - parlamentin spikeri Məhəmməd Bagir Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlilinin müdafiəsi ilə bağlı çıxış edib. Onlardan başqa, yarışda mühafizəkar keçmiş Daxili İşlər və Ədliyyə nazirliklərinin rəhbəri Mustafa Purməhəmmədi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan da var.
İranın “Mellat”, ISPA və “Şenaaxt” analitik mərkəzlərinin bütün seçki kampaniyası boyu keçirdiyi rəy sorğularının son nəticələrinə görə, hazırda Pezeşkiyan liderdir. Sonra cüzi fərqlə Cəlili və Qalibaf müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
19
yeniavaz.com

10Mənbələr