AZ

İranın 1-ci vitse-prezidenti səsvermədə iştirak edib

İran prezidentinin vəzifəsini icra edən 1-ci vitse-prezident Məhəmməd Moxber bu gün keçirilən növbədənkənar prezident seçkilərində səs verib.

Olaylar-ın məlumatına görə, Məhəmməd Moxber Tehranda Daxili İşlər Nazirliyində yaradılan səsvermə məntəqəsində səsvermədə iştirak edib.

Moxber jurnalistlərə açıqlamasında bildirib ki, hökumətin əsas vəzifəsi seçicilərin səslərinin qorunmasıdır. İran vətəndaşlarının bu səsvermədə aktiv iştirak eədcəyi gözlənilir.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İran prezident seçkilərində 4 namizəd - Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
olaylar.az

8Mənbələr